Haqqı, ədaləti müdafiə etmək Qoşulmama Hərəkatına xas olan prinsiplərdir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Haqqı, ədaləti müdafiə etmək Qoşulmama Hərəkatına xas olan prinsiplərdir.

Bunu AzerTimes-a Milli məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin aralıq konfransında Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl və hərtərəfli çıxışı bir çox istiqamətlər üzrə vacib və əhəmiyyətli xarakter daşıyır. Eyni zamanda, bu çıxış Azərbaycanın haqq səsinə səs verən, bizi dəstəkləyən dövlətlərə təşəkkür mesajı idi: “Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, 44 günlük Vətən Müharibəsi dövründə İslam Əməkdaşlığı Təşkilatı və digər dost təşkilatlarla bərabər Qoşulmama Hərəkatının üzv dövlətləri də Azərbaycana mənəvi dəstəyini göstərdilər, bəyənatlar qəbul etdilər, ədalətin, hüququn yanında oldular və ona görə də Azərbaycanın qələbəsi, əslində, elə həm də Qoşulmama Hərəkatının öz dəyərlərinin təntənəsi kimi qiymətləndirilməlidir”.

Deputat əlavə edib ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq təşkilatların təməl dəyərlərinə, prioritetlərinə hər zaman sadiqdir: “Azərbaycan Vətən Müaharibəsində də məhz BMT-nin Qətnamələrini icra edib, özü öz gücünə əzəli torpaqlarını işğaldan azad edib. Bütün dövrlərdə kənardan, beynəlxalq təşkilatlardan gözləntimiz isə sadəcə bu olub ki, ədaləti müdafiə etsinlər, haqqı müdafiə etsinlər, öz prinsiplərinə sadiq qalsınlar. Çox şükür ki, bu sadalanan kriteriyalar Qoşulmama Hərəkatına aiddir, xasdır. Onlar hər zaman haqqın, ədalətin, düzgünlüyün, beynəlxalq hüququn yanında olublar. Belə mükəmməl və ədalətli mövqe isə təbii ki, bütün aspektlər və prizmalar üzərindən təqdir olunur, yüksək qiymətləndirilir”.

Teqlər: