Hansısa NATO ölkəsi Ukraynaya ordu göndərsə…

Hansısa NATO ölkəsi Ukraynaya ordu göndərsə…

NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur və NATO və ya NATO müttəfiqləri münaqişənin tərəfi deyil.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Röyters” agentliyinə müsahibəsində deyib.

Stoltenberq Fransa Prezidenti Emmanuel Makronun alyansın üzvləri ilə bu cür məsələlərlə bağlı məsləhətləşmələr aparmalı olduğunu bildirib:

“Düşünürəm ki, bu mühüm mövzularda məsləhətləşmələr aparmaq və ümumi yanaşmaya gəlmək bizim üçün vacibdir”.

Baş katib qeyd edib ki, hətta ayrı-ayrı NATO ölkələri belə bir manevr etmək qərarına gəlsələr belə, bu, bütün alyansa təsir edəcək.

Teqlər: