Xəbər - Ceyhun Ələkbərov – Trend:
Mart ayında mövsümü xəstəliklərin artacağını nəzərə alsaq və təbii ki, koronavirusa yoluxma da artarsa, məktəblərin bağlanma ehtimalı var.
Bunu AzerTimes-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, buna baxmayaraq təhsil ocaqları bağlanmalı deyil, təhsil alanların təshilalma hüquqları məhdudlaşdırılmamalıdır:
“Biz gündəlik 4 min 447 məktəb ilə mütəmadi əlaqə saxlayırıq və məlum olduğu kimi, hazırda həmin məktəblərdə tədris davam edir. Artıq bir aydır ki, Bakıda müəyyən günlərdə, bölgələrdə isə həfənin 5 günü məktəblər fəaliyyət göstərir. Bu müddət ərzində 5 məktəbdə tədris dayandırılıb və bununla bağlı rəsmi məlumatlar da verilib. 2020-ci ilin sentyabrın 15-dən oktyabrın 15-nə qədər olan müddətdə eyni mənzərənin şahidi olduq. Tədris bərpa edildikdən sonra bizim təhsil prosesində yanaşmalar tam fərqli olmalı idi, ancaq biz eyni qayda ilə oynayıb, fərqli nəticələr gözlədik”.
K.Əsədov qeyd edib ki, yoluxmalar məktəbə qədər olursa, demək problem məktəbə qəqədər həll olunmalıdıdır: “İlk növbədə, məktəb üçün avtobuslar fəaliyyət göstərməlidir, ikincisi, bilirik ki, ən çox yoluxma Bakı üzrədir və ictimai nəqliyyata ən çox yük salan metronun işləməməsidir. Bu səbəbdən metro fəaliyyətə başlamalıdır.
Hər hansısa məktəbdə yoluxma olarsa, onu müvəqqəti olaraq 14 günlük bağlamaq olar. Mən düşünürəm ki, bütün təhsil müəssisələrində tədris dayanmalı deyil. Misal üçün, Bakıda hansısa məktəbdə yoluxma varsa, ona görə niyə Neftçaladakı məktəb qapanmalıdır?”.