Hansı yeniyetmələrə vaksin vurulması daha çox tövsiyə olunur?

Xəbər - Elçin Mehdiyev – Trend:

Xroniki xəstəliyi olan və ya immuniteti zəif olan yeniyetmələrə koronavirus əleyhinə vaksin vurulması daha çox tövsiyə olunur.

Bunu AzerTimes-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, xroniki xəstəliyi olan yeniyetmələrdə virusun ağırlaşmasının qarşısını almaq üçün onların vaksin olunmaları vacibdir: “Yeniyetmələrin vaksin olunması könüllüdür və hər iki valideyinin icazəsi ilə həyata keçməlidir. Ancaq əgər övladlarının xroniki xəstəliyi varsa, valideynlər onların vaksin olunmasına maraq göstərməlidir”.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarına əsasən, ötən həftədən 12-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulur.

Twitter: @ElchinMehdiyev

Teqlər: