Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz.
– Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması – B1, B12 vitamini çatışmazlığı;
– Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi – B6 vitamini çatışmazlığı;
– Qan azlığı – Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı;
– Saç və dırnaq problemləri – H vitamini (biotin) və B7 vitamini çatışmazlığı;
– Görmə problemləri – A vitamini çatışmazlığı;
– Sümük ağrıları – D vitamini çatışmazlığı;
Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.