Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?

Xəbər - Çingiz Səfərli – Trend:

Risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara COVİD-19 əleyhinə vaksin vurdurulmasını tövsiyə edirik.

AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin “İnstagram” səhifəsində “Uşaqlar və COVİD-19” mövzusunda canlı yayımda qonaq olarkən deyib.

O bildirib ki, risk qrupunda uşaq dedikdə piylənmə, anadangəlmə və qazanılmış immun problemləri, ağciyər funksiyasını uzun müddət məhdudlaşdıran xroniki ağciyər xəstəlikləri, ürək, böyrək çatışmazlığı, daun sindromu və s. bu kimi xəstəlikləri olan uşaqlar nəzərdə tutulur: “Bunun üçün də hər iki valideynin razılığı lazımdır və Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyəsinə əsasən, həmin yaş qrupunda olan uşaqlara “Pfizer” peyvəndi vurulur. Uşaqlara vurulan vaksinin dozasında heç bir fərq yoxdur. Onlara da eynən böyüklərə vurulan doza qədər vaksin vurulur”.


Twitter: @cingizsafarli

Teqlər: