Hansı ərazilərdə qəzalı binaların bərpası və ya sökülməsi nəzərdə tutulur? – Eldar Əzizovdan açıqlama

Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş
çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda
yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı
zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya
yaradılıb.

AzerTimes-ın məlumatına görə, bunu informasiya agentliklərinə
açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
deyib.

E.Əzizov qeyd edib ki, qəzalı binaların inventarizasiyası
aparılır: “Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə
informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil
olunacaq”.

E.Əzizov ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların
bərpasının və ya sökülməsinin nəzərdə tutulmasına da aydınlıq
gətirib:

“Komissiya bölünüb və bütün 12 rayonda da bu inventarizasiya
işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələlər
qaldırmalıyıq və müvafiq qaydada bu məsələlərin həllinə
çalışacağıq”, – deyə o əlavə edib.

Teqlər: