HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü İran-İsrail müharibəsinə gətirib çıxarmayacaq.
AzerTimes xəbər verir ki, bunu “Nyu York Tayms” yazıb.
“Heç bir tərəf Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı deyil. Haniyənin ölümü Tehran üçün aprelin 1-də İranın Suriyadakı səfirliyində yüksək rütbəli SEPAH zabitlərinin öldürülməsi ilə müqayisədə daha az itkidir”, – nəşr bildirib.
Nəşrin yazdığına görə, Haniyənin ölümü HƏMAS-n məhv olması demək deyil:
“HƏMAS oxşar vəziyyətlə çox üzləşib və bu onun daha da güclənməsinə səbəb olub. Haniyəni əvəz edəcək bir çox başqa liderlər var, çünki HƏMAS konkret şəxslərə deyil, öz institutlarına güvənir”.