Haniyənin qətli: İranın yüksək rütbəli hərbçiləri saxlanıldı

Haniyənin qətli: İranın yüksək rütbəli hərbçiləri saxlanıldı

İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində 20-dən çox şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb.

Teqlər: