MOSSAD HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürmək üçün iranlı məmurlardan istifadə edib.
AzerTimes xəbər verir ki, bu iddia ilə “Teleqraf” nəşri çıxış edib.
“MOSSAD İsmayıl Haniyənin adətən qaldığı mehmanxananın üç otağına bomba yerləşdirmək üçün iki iranlı məmurdan istifadə edib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Haniyənin öldürülməsinə görə SEPAH-ın təhlükəsizlik bölməsi 20-dən çox şəxsi həbs edib.
Onların arasında yüksək rütbəli zabitlər və Haniyənin qaldığı mehmanxananın əməkdaşları da var.
Xatırladaq ki, Haniyə 30 iyulda İranın yeni Prezidenti Pezeşkianın andiçmə mərasimində iştirak edib, gecə isə Tehranda yerləşdiyi binanın raketlə vurulması nəticəsində ölüb.