Rusiya Prezidenti Vladimir Putin hava zərbəsi ilə məhv ediləcəyindən ciddi şəkildə qorxur.
AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.
Analitikin fikrincə, İranın bir sıra yüksək rütbəli generalları və HƏMAS hərəkatının lideri öldürüldükdən sonra Putində fobiya yaranıb:
“Xüsusilə nəzərə alsaq ki, Ukrayna PUA-ları nəzəri olaraq Rusiya liderinin çıxış edəcəyi yerə (Hərbi Dəniz Günü Krımda keçirilməli idi – red.) yaxşı uça bilir”.
Ukraynanın təhlükəsizlik üzrə eksperti, Xarici Kəşfiyyat Xidmətinin general-leytenantı Vasili Boqdan isə qeyd edib ki, Putinin Rusiyada qurduğu rejim təhdidlərə cavab sisteminə ciddi yanaşmağa məcbur edir:
“Bu, xüsusilə Hərbi Dəniz Gününü qeydetmə mərasiminin Krımdan Sankt-Peterburqa köçürülməsi ilə bağlıdır”.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Valeri Kondratyukun fikrincə, yarımadaya raketlərin müntəzəm olaraq daxil olması prezidentin təhlükəsizliyini təmin etmir.