İranın yüksək rütbəli rəsmiləri HƏMAS lideri Həniyənin Tehranda öldürülməsindən şoka düşüblər.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
“Çünki bu, İranın təhlükəsizlik reputasiyasına böyük zərbədir və bütün regiona mesajdır. Raket birbaşa Haniyənin yataq otağına düşüb. Ayətullah Xameneinin və ya Haniyənin öldürülməzdən bir neçə saat əvvəl görüşdüyü İranın yeni prezidentinin yataq otağına da düşə bilərdi”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS lideri İsmayıl Hamiyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Nəticədə o və mühafizəçisi öldürülüb.