Haniyədən sonra HƏMAS lideri kim olacaq?

Haniyədən sonra HƏMAS lideri kim olacaq?

HƏMAS hərəkatı Tehranda öldürülən İsmayıl Haniyənin yerinə Siyasi Büro rəhbəri vəzifəsinə iki namizədi nəzərdən keçirir.

Axr.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə EFE informasiya agentliyi yazıb.

Bildirilir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Xalid Məşəl və ya Xəlil əl-Həydan ola bilər.

Məlumata görə, HƏMAS İsmayıl Haniyənin ölümündən dərhal sonra təcili məsləhətləşmələr aparıb. Danışıqlarda Siyasi Büro və hərəkatın qapalı məsləhət orqanı olan Şura nümayəndələri iştirak edib.

Bu vəzifəyə iddialı olanlardan biri HƏMAS-ın yarandığı gündən liderləri sırasında olan Xalid Məşəldir. O, 1996-2017-ci illərdə hərəkatın Siyasi Bürosunun rəyasət heyətinə rəhbərlik edib, 2004-cü ildə Şeyx Əhməd Yasinin vəfatından sonra isə hərəkatın rəhbəri təyin edilib.

İkinci namizəd Fələstin Qanunvericilik Şurasının üzvü Xəlil əl-Həydan. O, 2017-ci ildən Qəzza zolağında HƏMAS-ın regional siyasi büro rəhbərinin müavini vəzifəsində çalışıb.

Teqlər: