İsrail bir neçə gün ərzində İranın hücumuna cavab verəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail rəsmilərinə istinadla yazıb.
Qeyd olunub ki, bu dəfə İsrailin cavab tədbirləri daha əhəmiyyətli olacaq:
“Hücum İranın neft və digər strateji obyektlərinə, o cümlədən İranın hava hücumundan müdafiə sistemlərinə və nüvə obyektlərinə yönələ bilər. Həmçinin, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə nəticələnən əməliyyata bənzər gizli əməliyyatlar da mümkündür”.