Seçkilərə 3 gün qalmış namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncə səs verib.
AzerTimes xəbər verir ki, İncə jurnalistlərə açıqlamasında haqqında ortaya atılan iftiralarla bağlı danışıb.
“Bunları ortaya çıxaran FETÖ-dur. Vəkillərim araşdırma aparır. Hamısı saxtadır. 50 gün ərzində mənə nə yaşatdılarsa, Allah da onlara yaşatsın. Hamısını məhkəməyə verəcəyəm. Şərəfimi və vicdanımı türk ədalətinə əmanət edirəm”, – İncə bildirib.