“Hamının evində soyuducu var” deməmişəm – Deputat

“Hamının evində soyuducu var” deməmişəm – Deputat

Müəyyən müxalifət dairələri Azərbaycanda aclıq, yoxsulluq olduğunu, insanların pis vəziyyətdə yaşadığını deyirlər. Mən isə buna cavab olaraq bildirmişəm ki, əksər insanların evində soyuducu və digər texnikalar var. “Hamının evində soyuducu var” deməmişəm.

Bu sözləri AzerTimes-a açıqlamasında deputat Tahir Rzayev deyib.

O bildirib ki, ölkədə yoxsulların sayının çox olmasını demək yanlışdır:

“Əgər Azərbaycana gətirilən maşınların sayı çoxdursa, dəbdəbəli evlər tikilirsə, iqtisadi göstəricilərimiz yaxşıdırsa, böyük lahiyələr həyata keçirilirsə, deməli, əhalinin əksəriyyətinin yoxsul olmasını dilə gətirmək düzgün deyil. Yoxsulluq səviyyəsinin aşağı olduğu haldaAzərbaycan xalqını dilənçi kökündə, bir tikə çörəyə möhtac qalmış kimi göstərmək yanlışdır. Əlbəttə ki, bütün ölkələrdə olduğu kimi, bizdə də müəyyən yoxsul təbəqə var. Ancaq bu o demək deyil ki, ölkə əhalisinin əksəriyyəti belədir. Məsələyə münasibət bildirərkən gərək real olaraq ölkədə gedən inkişaf və insanların güzəranı nəzərə alınsın.

Ola bilər kiminsə evi yoxdur, amma maşını var, yaxud soyuducusu yoxdur, digər texniki avadanlıqları var. Bir sözlə, insanların yaşayışını təmin edəcək amillər varsa, bu insanı tamamilə yoxsul adlandırmaq düzgün deyil. Mən nəinki millət vəkili olaraq, heç vətəndaş kimi də bunu qəbul etmirəm. Çünki bu bizim ölkəmizin, dövlətimizin imicinə zərbədir. İnsanları ruhdan salır”.

Teqlər: