Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.
Həkimlər bildirirlər ki, əslində qadın hamiləlikdən öncə öz orqanizmini vitamin-minerallarla təmin etməlidir. Bu səbədən hamiləliyə hazırlıq dövründə, hamiləlik dövründə ilk gündən etibarən və laktasiya dövrlərində (süd verən analarda) kompleks vitamin-mineral tərkibli preparatlar istifadə edilməlidir. Bu komplekslər:
Hamiləliyə hazırlıq dövründə: qadın orqanizminin zəruri vitamin, mineral və mikroelementlərə olan təlabatının ödənməsinə, hamiləliyə hazırlanmasına kömək edir.
Hamiləlik dövründə: hamiləliyin normal gedişatına, dölün inkişafına və böyüməsinə kömək edir.
Laktasiya dövründə: ana südünün keyfiyyətinin yaxşılaşdırılmasına və ana südü ilə qidalanan körpənin normal inkişafına kömək edir. Qadın orqanizminin tez bərpa olunmasına səbəb olur.
Bəzən yaşlı nəsillərin nümayəndələrindən eşitmək olur ki, “biz vitaminləri içməmişik, amma uşaqlarımız sağlamdır”, “lazım olan vitaminləri qidadan da almaq olur” və s. Bu sözlər bir çox insanda hamiləliyə qarşı münasibətin dəyişməsinə səbəb olur. Nəticədə hamiləliyin qadının fizioloji halı olması fikri unudulur və ona bir xəstəlik kimi baxırlar. Lakin bu heç də belə deyil. Bəli, kənd yerlərində yaşayan və təbii süd məhsulları, meyvə-tərəvəz, toyuq, ət və s. ilə qidalanan qadınlar onlara lazım olan vacib maddələri qidadan ala bilirlər. Lakin şəhər sakinlərinin əksər hissəsi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. “Şəhər” süd məhsulları (dükanlarda satılan) uzun müddət ərzində saxlanılması üçün xüsusi emal olunur ki, bunun nəticəsində onların tərkibində olan bir çox faydalı maddələr itir. Satış üçün nəzərdə tutulmuş meyvə-tərəvəzlərin yetişdirilməsi zamanı məhsuldarlığın artırılması məqsədilə bir çox hallarda kimyəvi maddələrdən istifadə olunur, nəticəndə bu meyvə-tərəvəzlərin faydası da azalır. Bundan əlavə ilın soyuq fəsillərində meyvə-tərəvəz az olur və bu insanlarda “avitaminoz” adlandırdığımız vəziyyətə səbəb olur. Əgər ana avitaminozdan əziyyət çəkirsə, bu həm ananın, həm də körpənin sağlamlığında heç də ziyansız ötüşmür.
Nəzərə almaq lazımdır ki, hamiləlik dövründə pasiyentlərin 50-90%-i ürəkbulanma və qusma ilə müşayiət olunan toksikozdan əziyyət çəkir və nəticədə vitamin və mikroelementlərin qəbulu və mənimsənilməsi kifayət qədər olmur.
Belə misalları çox çəkmək olur…. Nəticələr isə daha ciddi olur…
Vitamin və mineralların qeyri-adekvat qəbulu mayalanma ehtimalının azalması, hamiləlik ağırlaşmaları, dölün böyüməsi və inkişaf pozğunluqları ilə assosiasiya olunur və hamiləliyin itirilməsinə, erkən doğuşa, kiçik ölçülü və anadangəlmə qüsurlar ilə körpələrin doğulmasına səbəb ola bilər.
Beləliklə, belə bir nəticəyə gəlmək olur ki, hamiləlik zamanı dölün normal inkişafı və ananın sağlamlığı üçün düzgün və sağlam qidalanmadan əlavə vitamin-mineral komplekslərin qəbulu lazımdır və vacibdir. Bu cür komplekslər hamiləlik dövründə qadınların sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, toksikoz əlamətlərinin azalmasına səbəb olur və döldə anadangəlmə qüsurların yaranma tezliyini azaldır.
Hamilə qadının orqanizminə vitamin-minerallar hər gün daxil olmalıdır – üstəlik “ana – döl” adlanan unikal bioloji sistemin bütün ehtiyaclarının tam ödənilməsinə zəmanət verən miqdarda. Düzdür bu gün apteklərdə kifayət qədər vitamin-mineral kompleksi vardır. Lakin unutmaq olmaz ki, vitaminlərin və mineralların çoxluğu da orqanizm üçün təhlükəlidir. Bu səbəbdən də, sırf hamilələr üçün nəzərdə tutulmuş komplekslərdən istifadə olunmalıdır. Elə bir vitamin-mineral kompleksi seçilməlidir ki, tərkib ana və döl üçün gərəkli komponentlərdən ibarət olmaqla yanaşı, lazımlı və düzgün dozada olsun. Hamiləlik toksikozlarını da nəzərə alaraq həblərin ölçülərinin kiçik olması vitamin-mineral kompleksinin asanlıqla qəbul olunmasını təmin edəcəkdir.
Hamiləlik hər bir qadının həyatında ən vacib və məsuliyyətli dövr olduğundan daha diqqətli olmaq lazımdır. Bu səbəbdən həkim və ya əczaçı ilə məsləhətləşmədən heç bir preparat qəbul etmək olmaz. Unutmayın ki, siz sağlam bir başlanğıcın təməlini qoyursunuz.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!