Hamilələr nə zaman koronavirusa qarşı vaksin vurdura bilər? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Hamilə qadınların 3-cü aydan sonra vaksinasiyadan keçməsi tövsiyə edilir.

AzerTimes xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti” proqramında deyib.

Onun sözlərinə görə, əgər xəstəliyin daha güclü və yoluxucu ştammı çıxarsa, ola bilsin ki, birinci aydan da icazə veriləcək.


“Koronavirus əlamətləri hiss edən zaman hamilə qadın dərhal test verməlidir. Testin cavabı müsbətdirsə və Bakı şəhərində yaşayırsa, təcili tibbi yardıma müraciət etməlidir və bu zaman o, Kliniki Tibbi Mərkəzin doğum şöbəsinə gətiriləcək. Rayonlarda yaşayırsa, qadın məsləhətxanasına və ya rayonun mərkəzi xəstəxanasına müraciət etməlidir. Bu zaman xəstəxananın təşkil etdiyi təcili tibbi yardımla xəstə yenə Kliniki Tibbi Mərkəzin doğum şöbəsinə gətirilir. Prosesi ləngitmək olmaz. Hamilə qadın əgər koronavirusa yoluxubsa, dərhal ondan laborator müayinələr götürülür və xəstəliyin hansı səviyyədə olması qiymətləndirilir. Bundan sonra müvafiq müalicə başlayır. Xəstəliyin ağırlığından asılı olaraq ya doğum şöbəsinin reanimasiyasına, ya da palataya yerləşdirilir” – deyə, o bildirib.

Teqlər: