Hamilə qadınlar koronavirusa qarşı vaksinasiya oluna bilər?

Xəbər - Humay Ağacanova – Trend:

Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta
hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.

O qeyd edib ki, geniş yayılmış epidemiya və pandemiyalar
dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq,
kütləvi peyvəndlənmə aparılır.

“Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə
aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi
peyvəndləşməyə cəlb oluna bilərlər”, – deyə o əlavə edib.

Teqlər: