İngiltərədə qəribə hadisə baş verib. Hamilə qadın yenidən hamilə qalıb. Bu təəccüblü hadisə 37 yaşlıq adının başına gəlib.
Jonale Broad və həyat yoldaşı övlad sahibi olmağa qərar veriblər.
Həkimə gedən qadın üçəmi olacağını eşidəndə ilk şoku yaşayıb. Lakin şok bununla bitməyib. Daha sonra o üçəmlərə eyni anda hamilə qalmadığını bilib.
Katlen, Delia və Tabita – çox nadir hallarda müşahidə edilən hamiləlik üstünə hamiləlik kimi halla dünyaya gəliblər. Tabita bacılarından iki həftə kiçikdir.
Tibb tarixində “superfoetation” adlandırılan bu hadisə ilə qadın ilk olaraq eyni yumurta əkizləri olan Katlen və Deliaya hamilə qalıb. İki həftə sonra isə Tabita ana bətninə düşüb.
Lakin 32-ci həftədə Delianın inkişafı dayanıb. Həkimlər dərhal əməliyyat etmək qərarına gəliblər. Xoşbəxtlikdən uşaqların hər üçü sağ qalıb. Maraqlıdır ki, bacılarından iki həftə kiçik olan qız da əkiz bacılarına tam bənzəyir.
Qadın yaşına görə hamilə qalmasının çətin olacağını zənn etdiyini deyib. “Amma iki dəfə üst-üstə hamilə qaldığımı öyrənəndə bu böyük sürpriz oldu”.