Hamı YAP-ın siyahısını gözləyir – İclas nə vaxt olacaq?

Hamı YAP-ın siyahısını gözləyir – İclas nə vaxt olacaq?

1 sentyabra təyin edilən növbədənkənar parlament seçkiləri ilə bağlı əksəriyyət namizədliyini irəli sürməyə tələsmir, Yeni Azərbaycan Partiyasının siyahısını gözləyir. Çünki geniş resurslara malik olan YAP-ın istənilən dairədə öz namizədi ilə mübarizə aparmaq gücü var. Bu baxımdan iddiaçılar YAP-ın hansı dairələrə üstünlük verdiyi, hansı dairələrdən nüfuzlu və rəqabət aparılması çətin olan namizəd irəli sürəcəyini hesablamağa çalışırlar. Eyni zamanda, YAP-ın neçə dairədən namizəd irəli sürməyəcəyi, onu rəqiblərinə güzəştə gedəcəyi də hazırda həssas suallardandır.

YAP-ın mətbuat xidmətindən AzerTimes-a bildirildi ki, hakim partiyanın seçki siyahısı İdarə Heyətinin iclasında təsdiqlənəcək.

İclasın nə vaxt keçiriləcəyi ilə bağlı isə məlumat olmadığı vurğulandı.

Redaksiyaya daxil olan məlumatda isə YAP İH-in yaxın 3 gün ərzində iclasını keçirəcəyi və siyahını elan edəcəyi iddia edilir.

Teqlər: