Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AzerTimes xəbər verir ki, görüşün sonunda Azərbaycan Prezidentinə “Kaan” qırıcısı ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.