“Halliburton” şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını açıqladı

ABŞ-ın “Halliburton” neft xidməti şirkəti Rusiyadakı
əməliyyatların dərhal dayandırıldığını açıqlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin saytında qeyd
olunub.

Şirkət qeyd edib ki, onun Rusiya Federasiyası ərazisində birgə
müəssisələri yoxdur. Rusiyaya ehtiyat hissələri və məhsulların
çatdırılması bir neçə həftə əvvəl “Halliburton” tərəfindən
dayandırılıb.

Qeyd edək ki, “Halliburton” dünyada ikinci ən böyük neft-mədən
xidmətləri şirkəti və ABŞ-da neft sənayesi üçün ən böyük avadanlıq
təchizatçısıdır.