Türkiyənin qocaman jurnalisti, teleaparıcı Halit Kıvanç 97 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə məşhur jurnalistin oğlu yazar Ümid Kıvanç məlumat verib.
O, atasının Zincirkuyu məzarlığında dəfn ediləcəyini bildirib.
Kıvançın vəfatı ilə əlaqədar AKP sözçüsü Ömər Çelik, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında başsağlığı mesajı yayımlayıblar.