İsrail ordusu atəşkəs razılaşmasının şərtlərini yerinə yetirmək üçün Livanla müharibə zamanı atdığı addımlardan daha qətiyyətli hərəkət edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Əsgərlərimizə, sərhəd bölgəsinə və qeyd etdiyimiz bölgədəki kəndlərə yaxınlaşan Hizbullah döyüşçüləri hədəf alınacaq. İsrail aylarını müharibəyə xərcləmək niyyətində deyil”, – o X hesabında yazıb.
Qeyd edək ki, bu gün İsrail və Hizbullah arasında atəşkəs razılaşması qüvvəyə minib.