Livanla sərhədə səfər edən İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi yüksək rütbəli hərbçilərlə bölgədəki vəziyyəti dəyərləndirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Halevi görüşdə Hizbullahla toqquşmaların davam etdiyi bir daha xatırladıb:
“Mənim təəssüratım belədir ki, biz şimalda çox güclü hazırlıq vəziyyətindəyik. Bu bölgəyə tez-tez baş çəkirəm. Düşünürəm ki, hazırlıq ən yüksək səviyyədədir”.