Bu il son oyuna çıxırıq. Bizim üçün vacib qarşılaşmadır.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin “Hakken” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis futbolçuların tam hazır olduğunu bildirib:
“Rəqib görüşə ciddi hazırlaşır. Turniri xalsız tərk etmək istəmirlər. Bunu nəzərə almalıyıq. Oyunçuların psixoloji cəhətdən də matça tam hazır olacaqlarına inanıram. Onlara güvənirəm”.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.