“Hakken”lə oyun öncəsi “Qarabağ”da ağır itkilər

“Hakken”lə oyun öncəsi “Qarabağ”da ağır itkilər

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”lə səfər oyununa itkilərlə çıxacaq.

AzerTimes xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə və sağ cinah müdafiəçisi Marko Veşoviç matçı buraxacaqlar. Bəhlul zədəlidir və bu səbəbdən Azərbaycan millisinə də dəvət olunmayacaq. Veşoviç isə zədəsini sağaltsa da, hazırda yalnız fərdi məşqlərlə kifayətlənir.

Əvəzində Redon Cica sağalıb. Norveçin “Molde” klubuna qarşı ilk qrup matçını (1:0) buraxan albaniyalı forvard meydana çıxmağa hazırdır.

Qeyd edək ki, sabah “Ullevi” stadionunda keçiriləcək “Hakken”-“Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Teqlər: