Hakimdən idmançımıza qarşı haqsızlıq

Hakimdən idmançımıza qarşı haqsızlıq

Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatının birinci günündə Azərbaycan idmançısı Balabəy Ağayev (60 kiloqram) italiyalı Andrea Karlino ilə görüşündə hakimin haqsız qərarına məruz qalıb.

AzerTimes xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub: “Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar almağa başladı, lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba” çevrildi. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərsə də, səbəbsiz olaraq “passivliyə” görə üçüncü xəbərdarlığı aldı və hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin hakimin qərarı qüvvədə qaldı və Balabəy tatamini məyus halda tərk etdi”.

Qeyd edək ki, B. Ağayev son üç ildə iki dəfə Parisdə keçirilən “Böyük dəbilqə”nin qalibi olub.

Teqlər: