Bu gün Tiflisdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçirilib.
AzerTimes xəbər verir ki, hakim Saakaşvilinin vəkillərinin vəsatətini təmin etməyib. Hakim Saakaşvilini nə cəzadan azad edib, nə də cəzasını yüngülləşdirib.
Qeyd edək ki, Saakaşvilinin vəkilləri eks-prezidentin səhhəti ilə bağlı cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət etmişdilər.