Hakerlər İranın neft zavodunun işini iflic etdi

Hakerlər İranın neft zavodunun işini iflic etdi

İranın Buşehr əyalətinin Əsəluye şəhərində yerləşən “Cənubi Pars Kompleksi”nin neft emalı zavodunun dördüncü istehsal bölməsinə kiberhücum edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, kiberhücumdan sonra neft emalı zavodunun elektronika və telekommunikasiya departamentlərinin bütün şəxsi heyəti hazır vəziyyətinə gətirilib.

Kiberhücum nəticəsində neft emalı zavodunun sözügedən bölməsinin fəaliyyətinin iflic olduğu və işlərin dayandırıldığı bildirilir.

Qeyd edək ki, iyunun 27-də “Yırtıcı sərçə” adlı haker qrupu Xuzistan, İsfahan və Hörmüzqan əyalətlərində yerləşən polad zavodlarının haker hücumuna məruz qaldığını bildirərək, məlumatların ələ keçirilməsi əməliyyatının, o cümlədən müşahidə kameralarının video və foto görüntülərini dərc etmişdi.

Teqlər: