Hakerlər bir sıra Rusiya KİV-lərinin saytına hücum edib

Rusiyanın bir sıra KİV-ləri və dövlət strukturlarının saytları “Anonymous” haker qruplaşması tərəfindən kiberhücuma məruz
qalıb.

Trend-in
məlumatına görə, TASS agentliyi, “İzvestiya”, “Kommersant”, RBK, “Forbes”, “Pravo.ru” və digər agentliklərin saytları işləmir.


Bundan başqa, bir sıra Belarus nəşrinin saytlarının da hücuma
məruz qaldığı bildirilib.