Hakerlər ABŞ və Cənubi Koreya təlimlərinə hücum etdilər

Hakerlər ABŞ və Cənubi Koreya təlimlərinə hücum etdilər

Şimali koreyalı hakerlər ABŞ və Cənubi Koreyanın birgə hərbi təliminə hücum ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd olunur ki, hücumu həyata keçirən hakerlər Şimali Koreyanın “Kimsuky” qrupu ilə əlaqəli olublar.

Hakerlər hücumlarını Cənubi Koreya və ABŞ hərbi təlimləri üçün simulyasiya mərkəzində işləyən cənubi koreyalı podratçılara göndərilən elektron məktublar vasitəsilə həyata keçiriblər.

Məlumata görə, hücum zamanı heç bir məlumat ələ keçirilməyib.

Teqlər: