Hakan Fidanla bunları müzakirə etdik – Blinken

Hakan Fidanla bunları müzakirə etdik – Blinken

Uzun və məhsuldar danışıqlarımız oldu. Qəzzadakı böhranı və münaqişənin böyüməsinin qarşısını almaq üçün nə etmək lazım olduğunu müzakirə etdik.

AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşündən sonra verdiyi açıqlamasında deyib.

“Biz həmçinin Yaxın Şərqdə sülhün bərqərar olması üçün nələrin edilə biləcəyini müzakirə etdik. Vaşinqton Qəzzada humanitar atəşkəsin təmin edilməsi üçün səylərini davam etdirir”, – Blinken bildirib.

Teqlər: