Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə Qurani-Kərimin yandırılmasına reaksiyasını bildirib.
AzerTimes xəbər verir ki, nazir bu barədə Tvitter hesabında paylaşım edib.
“İsveçdə Qurban bayramının ilk günü müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən bu alçaq hərəkəti pisləyirəm. Söz azadlığından istifadə bəhanəsi ilə bu cür antiislam hərəkətlərinə yol verilməsi yolverilməzdir”, – Fidan bildirib.