Hakan Fidan Zelenski ilə görüşdü

Hakan Fidan Zelenski ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada səfərdədir.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, H.Fidan səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Qeyd edək ki, Türkiyə XİN başçısının eyni zamanda ukraynalı həmkarı Dmitri Kuleba ilə də görüşü gözlənilir.

Teqlər: