Hakan Fidan Yunanıstana gedir: Sərhəd problemi…

Hakan Fidan Yunanıstana gedir: Sərhəd problemi…

Xarici işlər naziri Hakan Fidan Egey dənizində sərhəd məsələlərinin həlli istiqamətində aparılan işlər çərçivəsində Yunanıstana səfər edəcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Yunanıstanın Baş naziri Kiriakos Miçotakislə birlikdə ölkələrimiz arasında xroniki problemlərin həlli üçün danışıqlar prosesinə siyasi dəstək verdik. Xarici İşlər Nazirliyimiz bu məsələ ilə bağlı hərtərəfli araşdırmaya başlayıb. Hər iki tərəfdə bu problemləri müəyyən etmək, həmçinin konkret həll yollarını tapmaq istəyi var. Xarici işlər nazirimiz Hakan Fidan Yunanıstana gedərək bu məsələlərlə bağlı danışıqlar aparacaq. Bunu Egeyə vahid yanaşmamız əsasında müzakirə edəcəyik. Türkiyə və Yunanıstan tarixi əlaqələri olan iki qonşu ölkədir. Mehriban qonşuluq prinsipi hər iki ölkəyə fayda verəcək formulun açarıdır”, – Ərdoğan bildirib.

Teqlər: