Hakan Fidan Viktoriya Nulandla görüşdü

Hakan Fidan Viktoriya Nulandla görüşdü

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

AzerTimes xəbər verir ki, Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nulandın Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub.

Görüşdə Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsinin aparıldığını bildirib.

Türkiyə-ABŞ strateji mexanizmi toplantısında ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir.

Teqlər: