Hakan Fidan suriyalı həmkarı ilə görüşdü

Hakan Fidan suriyalı həmkarı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

Görüşün təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, görüş Ukraynaya dəstəklə bağlı yaradılan “İstəklilər koalisiyası”nın sammiti çərçivəsində baş tutub.

Teqlər: