Türkiyə xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan Əl Səud arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Söhbət zamanı regional proseslər, o cümlədən Qəzzadakı son vəziyyət müzakirə edilib.
Əlavə məlumat verilmir.