Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan 10-11 iyun tarixlərində Rusiyaya səfər edəcək. Nazir Moskvada ikitərəfli görüşlər keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində keçiriləcək BRİKS+ sessiyasında iştirak edəcək”, – məlumatda qeyd olunub.