Hakan Fidan Qətərə gedir

Hakan Fidan Qətərə gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan 24-25 oktyabr tarixlərində Qətərdə rəsmi səfərdə olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

H.Fidan səfər proqramı çərçivəsində Dohada Qətər Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhmanla bir araya gələcək və Qətər əmiri Şeyx Təmim bin Həməd əl Sani tərəfindən qəbul ediləcək.

Görüşlərdə Dohada keçirilməsi nəzərdə tutulan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu iclasına hazırlıq, ikitərəfli əlaqələrin müzakirə edilməsi gözlənilir.

Bundan əlavə, Fələstindəki son hadisələr başda olmaqla, regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Teqlər: