Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, Moskvadakı görüşdə Ukrayna, Qəzza, Suriya və həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələləri də müzakirə olunub.
Fidan Rusiyaya səfəri çərçivəsində BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Onun rusiyalı həmkarı Sergey Lavrovla da görüşü nəzərdə tutulur.