Tehranda Türkiyə xarici işlər naziri Hakan Fidanla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, görüş “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində baş tutub.