Hakan Fidan İraqa gedir

Hakan Fidan İraqa gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan İraqa səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf deyib.

O bildirib ki, bu yaxınlarda Türkiyə xarici işlər nazirinin müavini Fuad Hüseyn Ankaranın İraqdakı səfiri Əli Rza Güneylə görüşüb:

“Görüş zamanı H.Fidanın İraqa səfəri də müzakirə edilib. H.Fidanın bu ayın ikinci yarısında Bağdada səfəri zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələsi də müzakirə olunacaq”.

Teqlər: