Hakan Fidan İrana gəlir

Hakan Fidan İrana gəlir

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah İrana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran XİN başçısı Hüseyn Əmir Abdullahianın dəvəti ilə baş tutacaq səfər çərçivəsində H.Fidan Tehranda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Səfər çərçivəsində Türkiyə və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi müzakirələr olunacaq.

Eyni zamanda, regional məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Teqlər: