Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər Qazaxıstan baş nazirin müavini və xarici işlər naziri Murad Nurtleunun dəvəti əsasında baş tutacaq.
Səfər zamanı regional və beynəlxalq vəziyyət, o cümlədən Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərinin müzakirə olunacağı vurğulanıb.