Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Cefri L. Flake ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə çəkilən foto gündəm olub.
Belə ki, H.Fidanın iş stolunun üstündəki beysbol topu diqqət çəkib.
Türkiyə mediası bunun 11 il əvvəl Ağ Evin Ankara ilə bağlı hədsiz hərəkətinə qarşı bir addım kimi qiymətləndirib.
Qeyd edək ki, 2012-ci ildə dövrün ABŞ Prezidenti Barak Obama Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışarkən əlində beysbol çubuğu olub. Bu foto da Türkiyəyə çirkin mesaj kimi qiymətləndirilib.