Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə etdi

Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, diplomatlar ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə ediblər.

Eyni zamanda, Türkiyənin XİN başçısı Qəzzaya hücumların dayandırılması üçün ABŞ-nin İsrail üzərindəki nüfuzunu istifadə etməsi ilə bağlı həmkarına çağırış edib.

Teqlər: