Hakan Fidan Blinkenlə Qarabağı müzakirə etdi

Hakan Fidan Blinkenlə Qarabağı müzakirə etdi

2023.09.22. 22:42

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Nyu Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.

AzerTimes xəbər verir ki, bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib.

Görüşdə iki ölkə arasında münasibətlərin yüksəldilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: